Şəhid ailələrinin ziyarəti davam edir

96 nömrəli məktəbin şagirdləri öz müəllimləri ilə birgə şəhid ailələrinə baş çəkiblər. Məktəbin 7"A" sinif şagirdləri Sabunçu rayonunun Ramana qəsəbəsində yaşamış, 90 nömrəli məktəbin məzunu olmuş "yırtıcı" ləqəbli cəsur hərbçi, Suqovuşanda şəhidlik zirvəsinə ucalmış Seyidov Əli Rahim oğlunun ailəsini ziyarət ediblər. 8"B" sinif şagirdləri isə Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşamış şəhid İbrahimli Məhəmmədəli Müəllim oğlunun evində olublar. Şəhid valideynləri, şəhid qohumları ilə səmimi söhbət edən şagirdlərimiz şəhidlərimizin haqqında xoş xatirələri onların öz doğmalarının dilindən dinləyiblər. "Bizlər hər birimiz sizlərin övladlarıyıq" deyən şagirdlərimiz oğul itirmiş anaların, ataların yaralı qəlbinə məlhəm olmağa çalışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi