"Məktəb həyatına rəng qataq" adlı ideya müsabiqəsinin qalibləri müəyyən edilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16530616066287b7e6b1e029.08608839.jpg)
20.05.2022-ci il tarixində 96 nömrəli məktəbdə 7 aprel 2022-ci il tarixli 206 nömrəli əmrlə təsdiq edilmiş "Məktəb həyatına rəng qataq" adlı ideya müsabiqəsinin qalibləri müəyyən edilib. Bir ay davam edən müsabiqə müddəti ərzində məktəbin müxtəlif sinif paralellərindən olan şagirdlər öz maraqlı və yaradıcı ideyalarını layihələşdirərək təşkilat komitəsinə təqdim ediblər. Bu gün ən yaxşı təqdimatları dinləmək üçün təşkilat komitəsinin üzvləri və məktəb rəhbərliyi ilə görüş keçirilib. Dinlənilən təqdimatlar arasından seçilən 3 şagird işi- müəllifi 9"C" sinif şagirdi Elşən Məmmədov və layihə rəhbəri Aytən Əlverdiyeva olan "Oxu, inkişaf et" adlı kitabxana layihəsi I yerə, müəllifi 8"A" sinif şagirdi İlknur Əsgərli və layihə rəhbəri Şəlalə Səmədova olan "Öyrədici resursumuzu özümüz hazırlayaq" adlı layihə II yerə, müəllifi 10"C" sinif şagirdi Aysel Məmmədova və layihə rəhbəri Nəzakət Əzizzadə olan "Dram dərnəyi yaradaq" adlı layihə isə III yerə layiq görülüb. Müəllifləri 7"C" sinif şagirdləri Qadir Həsənzadə və Araz İbrahimov, layihə rəhbəri isə Ofeliya Məmmədova olan "Hər gün futbol oynayaq" adlı layihə isə həvəsləndirici yer tutub. Şagirdlərimizi və bu işdə əməyi olan müəllimlərimizi təbrik edən məktəbin direktoru Mehriban Hacıyeva onları diplomlarla təltif edib və uğurlarının davamlı olmasını arzu edib.