Şagirdlərimiz şəhid ailəsini ziyarət ediblər
19.05.2022-ci il tarixdə 96 saylı tam orta məktəbin 7"C" sinif şagirdləri, sinif rəhbərləri Solmaz Əsədova və valideyn komitəsinin sədri ilə birlikdə Sabunçu rayonundan olan şəhidimiz baş leytenant Kazımov Kamranın ailəsini ziyarət ediblər. Şəhidimizin atası şagirdlərimizə oğlunun həyat yolu və qəhrəmanlığı haqqında söz açıb. Şagirdlər onun söhbətini maraqla dinləyiblər. Şəhidin övladları qəhrəman ataları ilə fəxr etdiklərini dilə gətiriblər. Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin və qazilərimizə can sağlığı nəsib etsin.