Şagirdlərimiz Azərbaycan Dövlət Akademik Dram teatrında olublar
14.05.2022-ci il tarixdə 96 nömrəli məktəbin 7"B" sinif şagirdləri sinif rəhbərləri Sevinc Mustafayeva ilə birgə Azərbaycan Dövlət Akademik Dram Teatrında olublar. Həftəsonunu birlikdə keçirib, istirahətlərini faydalı məşğuliyyət ilə dəyərləndirən uşaqlar teatrda "Şah Qacar" tamaşasını izləyiblər. Qacar obrazından təsirlənən uşaqlar onu tarixi şəxsiyyət ilə müqayisə edib, tarixdən və ədəbiyyatdan oxuduqlarını səhnədə bir daha obrazlı şəkildə izləyiblər. Onlar tamaşanı və aktyorların ifasını çox bəyəniblər.