"Uşaqların müdafiəsi və təhlükəsizliyi mexanizmi" layihəsi çərçivəsində sinif rəhbərləri ilə görüş keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1652761317628322e5eb3b08.75433702.jpg)
16.05.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbdə BŞTİ-nin layihə üzrə səlahiyyətli nümayəndəsi Şəhanə Bağırova "Uşaqların müdafiəsi və təhlükəsizliyi mexanizmi" pilot layihəsi çərçivəsində məktəbin 35 sinif rəhbəri ilə görüş keçirib. Görüşdə sinf rəhbərlərinə layihə və layihə daxilində görüləcək işlər barədə geniş məlumat verilib. Layihənin məqsədi, məzmunu, icra mexanizmi, layihədən gözlənilənlər ətraflı müzakirə edilib. Layihənin icrası vaxtı sinif rəhbərlərinin üzərinə düşəcək öhdəliklərdən və onların valideynlərlə aparacağı maarifləndirmə işindən danışılıb. Görüş praktiki nümunələrlə interaktivləşdirilib.