Pedaqoji kollektivlə növbədənkənar iclas keçirilib

16.05.2022-ci il tarixdə BŞTİ-nin səlahiyyətli nümayəndələri-müavinlər və sektor müdirləri məktəb direktorları ilə təlimati xarakterli seminar formatlı görüş keçirib. Görüşdə direktorlara IV siniflərdə keçiriləcək monitorinqlər, elektron hesabatlar, qarşıdan gələn BSQ-lər, aparılacaq müqayisəli təhlillər, məktəbin informasiya mühitinin inkişaf etdirilməsi, yarana biləcək xüsusi hallarda davranış qaydaları, kargüzarlıq işlərinin təşkili, maliyyə hesabatları və s. barədə geniş təlimati məlumat verilib. Məktəb rəhbərlərinin sualları BŞTİ-nin müdir müavinləri və sektor müdirləri tərəfindən əhatəli şəkildə cavablandırılıb.

96 nömrəli məktəbin direktoru Mehriban Hacıyeva iclasdan sonra pedaqoji heyətlə Teams platforması üzərindən operativ və növbədənkənar görüş keçirib. Axşam saatlarında baş tutan onlayn görüşdə Mehriban Hacıyeva müəllimlərə rəhbərliklə keçirilmiş iclasda gündəm olan məsələlərdən yola çıxaraq müəyyən tapşırıqlar verib, vacib nüansları onların diqqətinə çatdırıb. Görüşdə 50 nəfərə yaxın müəllim iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi