Şagirdimiz qalib olub
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1652435593627e2a89e9c1f8.48269110.jpg)
96 nömrəli tam orta məktəbin 7"C" sinif şagirdi Abışova Aysu Azərbaycan Gənclər İttifaqının keçirdiyi musiqi festivalında "xanəndə" nominasiyası üzrə I yerə layiq görülüb. Aysunun musiqi festivalına hazırlığı ilə məşğul olan 96 nömrəli məktəbin musiqi müəllimi Könül Uğurluyeva olub. Qeyd edək ki, Aysu eyni zamanda Ağdam rayon Qurban Pirimov adına 2 nömrəli UMM-nin şagirdidir. 13.05.2022-ci il tarixdə məktəbin direktoru Mehriban Hacıyeva və direktor müavini Mahirə Rüstəmova Könül müəllim və Aysu ilə görüşərək onları qazandıqları uğur münasibəti ilə təbrik ediblər.