"Meet my country" beynəlxalq e Twinning layihəsi davam edir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1652431758627e1b8e32b797.20150584.jpg)
96 nömrəli tam orta məktəbin VII sinif şagirdlərinin Çexiya və Slovakiya respublikaları ilə birgə qatıldıqları "Meet my country" layihəsi uğurla davam edir. 13.05.2022 ci il tarixdə şagirdlərin "Azərbaycan mənim vətənimdir" adlı ingilis dilində maraqlı təqdimatları olub. Azərbaycanın coğrafiyası, tarixi, mətbəxi, mədəniyyəti, adət-ənənələri, dövlət rəmzləri, tarixi abidələri haqqında danışan şagirdlər ingilis dili müəllimləri Mehriban Hacıyevanın ölkəmizlə bağlı müxtəlif səpkili suallarını öz sözləri ilə xarici dildə sərbəst cavablandıra biliblər. Şagirdlərin eTwinning twinspace-də avatarlarını əlavə etməklə səhifələri yaradılıb və hazırlanmış təqdimatlar, video və fotolar layihənin resurslarına əlavə edilib.