"Mənim gündəliyim" müsabiqəsinin məktəb turunda iştirak edən şagirdlərlə görüş keçirilib

13.05.2022-ci il tarixdə "Mənim gündəliyim" müsabiqəsinin məktəb turunda iştirak edən şagirdlərlə görüş keçirilib. Müsabiqənin məktəb turunun may ayının sonunda yekunlaşacağını nəzərə alaraq şagirdlərin mütaliələrinin gedişi, hazırladıqları gündəliklərin keyfiyyəti və vəziyyəti ilə tanış olmaq məqsədi daşıyan görüşdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova şagirdlərə müəyyən tövsiyələr verib. Şagirdlər onları maraqlandıran sualları müavinə ünvanlayaraq, özləri üçün müəyyən qeydlər ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi