12 şagirdimiz buraxılış imtahanında 200-dən yuxarı bal toplayıb

96 nömrəli tam orta məktəbin 3 sinif komplektində cəmlənmiş 86 nəfər IX sinif şagirdindən 85 nəfər şagirdimiz buraxılış imtahanında iştirak ediblər. Bu şagirdlərdən 12 nəfəri 200-dən yuxarı bal toplayaraq uğurlu nəticə əldə ediblər. 9"B" sinfində təhsil alan Kazımlı Aysel isə riyaziyyat fənni üzrə 100 bal toplayıb. Fərqlənən şagirdlərimiz aşağıdakılardır:
1.Sərxanova Günel- 286 bal
2. Kazımlı Aysel- 285.3 bal
3.Abbaszadə Zaur- 275.5 bal
4.Sərxanov Elnur - 266 bal
5.İsmayılov Hikmət - 236.4 bal
6.Rzazadə Adil - 235.7 bal
7. Mustafayeva Səma- 229 bal
8.Abbaszadə Yaşar - 228.5 bal
9. Zeynalova Ümleyla - 217.3 bal
10. Məhərrəmli Mələk - 209.4 bal
11. İbrahimova Fatimə - 207.6 bal
12. İsmayılova Fidan -204,3 bal
Ümumi nəticələri analiz edərkən məlum olur ki, ana dili fənni üzrə nəticə digər fənlərdən yüksək olub. Ən aşağı nəticə isə ingilis dili fənni üzrə olub. Azərbaycan dili fənni üzrə 9"A" sinfinin orta balı 37.33; 9"B" sinfinin orta balı 45,54; 9"C" sinfinin orta balı isə 51,33-dür. Riyaziyyat fənni üzrə 9"A" sinfinin orta balı 25,74; 9"B" sinfinin orta balı 35,33; 9"C" sinfinin orta balı isə 40,49-dur. İngilis dili fənni üzrə 9"A" sinfinin orta balı 24,72; 9"B" sinfinin orta balı 34,33; 9"C" sinfinin orta balı isə 37,83 olub. Məktəb səviyyəsində ana dili fənni üzrə orta bal 44,98; riyaziyyat fənni üzrə orta bal 34,10; ingilis dili fənni üzrə orta bal isə 32,51-dir. Üç fənn üzrə orta bal isə 37,19 bal olub. Ana dili fənni üzrə 7 nəfər, riyaziyyat fənni üzrə 7 nəfər, ingilis dili fənni üzrə isə 3 nəfər 80-100 bal aralığında bal toplayıb. Məktəbin direktoru Mehriban Hacıyeva 200-dən yuxarı bal toplamış şagirdlərlə görüşüb, onlara növbəti təhsil pilləsində daha yüksək uğur qazanmağı, gələcəkdə prestijli universitetlərin tələbələri olmağı arzu edib.