Pedaqoji heyətlə iclas keçirilib

12.05.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbin pedaqoji heyəti ilə məktəb rəhbərliyinin iclası keçirilib. İclas Teams platforması üzərindən distant formada təşkil edilib.Gündəlikdə dayanan məsələlər sırasında şagirdlərin Fənn Müsabiqəsinin və Lütfi Zadə Məntiq Olimpiadasının final mərhələsində iştiraklarının təmin edilməsi, Kiçik Akademiyanın ikinci yarım il hesabat konfransına hazırlıq məsələləri, IX sinif buraxılış imtahanlarının nəticələrinin müzakirəsi, yuxarı siniflərdə şagird davamiyyətinin təmin edilməsi, şagirdlərin PİSA qiymətləndirilməsi üçün hazırlanması, ikinci yarım il üçün BSQ cədvəlinin müəyyənləşdirilməsi kimi məsələlər yer alıb. İclasda məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavinləri Mahirə Rüstəmova, Nigar Süleymanova gündəlikdə yer alan problemlər ətrafında geniş çıxış edib. Müəllimlər onları narahat edən və maraqlandıran nüanslara rəhbərliklə birgə aydınlıq gətiriblər. İclas məhsuldar şəraitdə keçib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi