"Heydər Əliyev nuru əbədidir, sönməzdir!" adı altında divar qəzetləri hazırlanıb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1652208379627ab2fbccfb65.15201976.jpg)
Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik etmişdir. Bu yolda çoxsaylı maneələrin yaradılması, dəfələrlə planlaşdırılan terror və sui-qəsd cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz uzaqgörənliyi, siyasi müdrikliyi, əyilməz iradəsi və qətiyyəti, ən əsası – milli ümumxalq həmrəyliyi nəticəsində müstəqil Azərbaycanı hazırki və gələcək nəsillər üçün qoruyub saxlamış və müasir inkişaf yoluna çıxarmışdır. Nuru heç zaman azalmayacaq, əbədi günəş kimi parlayacaq Heydər Əliyev irsinin şagird yaddaşına hopdurulması məqsədi ilə 96 nömrəli məktəbin dəhlizlərində, sinif otaqlarında divar qəzetləri hazırlanıb, mövzunu işıqlandıran bülletenlər buraxılıb.