"Bir ömrə sığmayan həyat yolu" adlı tədbir keçirilib
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Ulu öndərin əziz xatirəsini yad etmək üçün 10.05.2022-ci il tarixdə 96 nömrəli məktəbin akt zalında "Bir ömrə sığmayan həyat yolu" adlı tədbir keçirilib. Tədbirin əvvəlində iştirakçılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər. Tədbirdə çıxış edən müəllimlər və şagirdlər qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.Görüşdə məktəbin müəllimləri Ofelya Məmmədova, Nəzakət Əzizzadə, Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Ramidə Məmmədova, məktəbin kitabxana müdiri Ofelya İsmayılova, kitabxanaçı Təranə Cəfərova və məktəb rəhbərliyi iştirak edib.