Şagirdlərimiz yaz tətilini ekskursiyalarla dəyərləndiriblər

01.05-05.05 aralığında ibtidai sinif şagirdlərinin yaz tətili müddətində 96 nömrəli məktəbin ibtidai sinif şagirdləri öz müəllimləri ilə şəhərimizin tarixi və etnoqrafik yerlərinə, muzeylərə, sərgilərə ekskursiyalar təşkil edib. Belə gəzintilərdən biri də 2"A" sinfinin şagirdlərinin öz müəllimləri Gülarə Hüseynova ilə birlikdə getdikləri Atəşgah-Yanardağ səfəri olub. Abşeron yarımadasında xüsusi dəyər kəsb edən "Qala" tarixi-etnoqrafik kompleksində açıq havada sərgilənən 3 min illik tarixi olan unikal eksponatlar, atəşpərəstlik dövrünə aid sirli məbəd - Atəşgah, habelə Azərbaycanın ikinci adının - Odlar Yurdunun təcəssümü kimi fenomenal Yanardağ uşaqların təsəvvüründə sirli bir iz buraxıb. Şagirdlər bələdçinin verdiyi məlumatları maraqla dinləyiblər. Oradan xoş təəssüratla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi