Şagirdlərimiz təşkilat saatında "Bizim Cəbiş müəllim" filmini izləyiblər
Faşizm üzərində qələbənin ildönümü ilə əlaqədar 06.05.2022-ci il tarixində 96 nömrəli məktəbin 6"A" sinif şagirdləri sinif təşkilat saatında 1969-cu ildə rejissor Həsən Seyidbəyıi tərəfindən ekranlaşdırılmış "Bizim Cəbiş müəllim" tammetrajlı filmini izləyiblər. Hərbi kinopovestdəki hadisələr ikinci dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. Şagirdlər filmi maraqla izləyiblər.