"Faşizm üzərində qazanılan qələbədə Azərbaycanın payı" adlı dəyirmi masa keçirilib

Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılıb, bədii və sənədli filmlər çəkilib, qəhrəmanların şərəfinə abidələr ucaldılıb, onların adları əbədiləşdirilib. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır. Bu vətən övladlarının xatirəsini bir daha anmaq və onları şagirdlərimizin yaddaşında əbədiləşdirmək üçün 06.05.2022-ci il tarixində 96 nömrəli məktəbin kitabxanasında 5-ci sinif şagirdləri ilə "Faşizm üzərində qazanılan qələbədə Azərbaycanın payı" adlı dəyirmi masa keçirilib. Tədbirdə məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavini Nigar Süleymanova, kitabxana müdiri Ofeliya İsmayılova və tarix müəllimi Nəzakət Əzizzadə iştirak ediblər. Dəyirmi masa arxasında İkinci Dünya Müharibəsi, onu labüd edən səbəblər, Azərbaycanın müharibədəki rolu, müharibədə qəhrəmancasına vuruşan oğullarımız haqqında ətraflı müzakirə gedib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi