Məktəbəhazırlıq qruplarımızın iştirak etdiyi "Ən gözəl bayram 23 Nisan" eTwinning layihəsi başa çatıb

96 nömrəli məktəbin 0"B" və 0"A" məktəbəhazırlıq qruplarının qrup müəllimləri Ceyran İsayeva və Lalə Mustafayeva ilə birgə qatıldıqları "Ən gözəl bayram 23 Nisan" eTwinning layihəsi artıq yekunlaşıb. Layihə çərçivəsində şagirdlərimiz Türkiyə, Azərbaycan dövlət bayraqlarını müştərək hazırlayıb, bir-birinə hədiyyələr göndərib, müxtəlif rəngarəng təqdimatlar ediblər. Onlar bu layihə çərçivəsində türk məktəbliləri ilə dostluq bağları qurub, birgə distant şəkildə əməkdaşlıq ediblər. Uşaqlar sevincini, həyacanını paylaşmağı, hədiyyələrini bir-biri ilə bölüşməyi öyrəniblər. Bütün şagirdlər layihədə fəal iştirakına görə İştirak Sertifikatı ilə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi