"Uğurlu valideynlərin uğur hekayələri" adlı tədbir keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16517514116273b9f33725b7.44331853.jpg)
BŞTİ-nin 18.04.2022-ci il tarixli F-145 nömrəli əmri ilə təsdiq edilmiş "Ailəm və məktəbim" adlı layihənin icrası istiqamətində 96 nömrəli məktəbdə "Uğurlu valideynlərin uğur hekayələri" adlı tədbir keçirilib. Panel formatında təşkil edilmiş görüşdə məktəbin IX, X və XI sinif şagirdləri valideyn kontingenti sırasından seçilmiş və öz peşəsində uğur qazanmış bir neçə müxtəlif peşə sahibləri ilə görüşüblər. Tədbirdə övladı məktəbimizin X"B" sinfində təhsil alan həkim-pediatr Leyla Məmmədhüseynova, qızı 8"B" sinfində təhsil alan İqtisad Universitetinin dosenti Cəlal Allahverdiyev, nəvəsi 9"B" sinfində təhsil alan fizika-riyaziyyat üzrə elmlər namizədi, Azərbaycan Pedaqoji Universitetinin dosenti Kamil Abbasov və qızı 9"C" sinfində təhsil alan FHN- nin şöbə müdiri Cavid Həsənov iştirak edib. Şagirdlərə öz uğur hekayələrini danışan qonaqlar, eyni zamanda onlara səmimi tövsiyələrini də veriblər. Həyatda uğur qazanmaq üçün bu gün potensiallarından və zamandan məqsədə müvafiq şəkildə yararlanmağı məsləhət görüblər. Şagirdlər onlar üçün maraqlı olan sualları qonaqlara ünvanlayaraq ətraflı cavablar alıblar. Görüş maraqlı və məhsuldar keçib.