Bu il yubiley yaşını qeyd edən bir qrup müəllimlər təltif olunub
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16517505106273b66e5874c9.94190097.jpg)
05.05.2022-ci il tarixdə 96 nömrəli məktəbdə bu il yubiley yaşını qeyd edən və məktəbin fəaliyyətinə öz işi ilə müsbət töhfə vermiş bir qrup müəllim rəhbərlik tərəfindən fəxri fərmanla təltif olunub. Məktəbin direktoru Mehriban Hacıyeva anadan olmasının 65 illiyini qeyd edən İsmətxanım Həmzəyevanı, 60 illiyini qeyd edən Mətanət Ənsərli və Mətanət Zalıyevanı, 55 illiyini qeyd edən Narifə Mərdanovanı, 50 illiyini qeyd edən Nəsibə Məmmədovanı, Səbinə Cəfərovanı, Səbinə Əzimini, 45 illiyini qeyd edən Afaq Əhmədovanı və 40 illiyini qeyd edən Sona Mahmudova, Təranə Nəcəfovanı ürəkdən təbrik edib, onlara ən qiymətli nemət olan can sağlığı və müəllim uğuru arzulayıb. Məktəbin bütün uğurlarının onları əməyi, fədakarlığı sayəsində əldə olunduğunu vurğulayan Mehriban Hacıyeva müəllimlərə peşəkar və məhsuldarlar fəaliyyət üçün təşəkkür edib. Daha sonra səbəkarları təbrik edən direktor müavinləri Mahirə Rüstəmova və Nigar Süleymanova ailə olmağın əsas meyarının diqqət və hörmət, dəstək və stimul olduğunu vurğulayıblar. Müəllimlər bu diqqət və dəyər üçün rəhbərliyə təşəkkür ediblər.