Şagirdlərimiz "Elmə istiqamət verən qadınlarımız" adlı eTwinning layihəsində
96 nömrəli məktəbin 8"A" və 8"B" sinif şagirdlərinin öz coğrafiya müəllimləri Şəlalə Səmədova ilə birgə qatıldıqları "Elmə istiqamət verən qadınlarımız" adlı eTwinning layihəsi artıq yekunlaşıb. Bu layihədə bizimlə yanaşı 6 Türkiyə məktəbinin şagirdləri və müəllimləri iştirak edib. Layihənin məqsədi elm adamları haqqında şagirdlərə məlumat vermək, onlara WEB 2 alətləri ilə işləmək bacarıqları aşılamaq, şagirdləri Sənayə 4.0-a hazırlamaq, elmi araşdırmalarla məşğul olan qadınların elm aləminə verdiyi tohfələri uşaqlara tanıtmaq olub. 5 ay davam edən layihə çərçivəsində şagirdlərimiz elmi inqilabda payı olan Azərbaycanlı və türk qadınlarının şəkilləri əks olunmuş təqvimlər hazırlayıb, tullantılardan flüger düzəldib onunla təcrübələr aparıb, qadınlar gününə həsr edilmiş posterlər düzəldiblər. Layihənin yekunu kimi bütün şagirdlərin ortaq işlərindən təşkil edilmiş onlayn sərgi keçirilib.