Şagirdlərimiz Mərdəkan Dendroloji Parkında olublar

27.04.2022-ci il tarixində BŞTİ-nin əmri ilə həyata keçirilən "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində görülən işlərin davamı kimi məktəbimizin 5"B" sinif şagirdləri sinif rəhbərləri Nəsibə Məmmədova və bir neçə valideyn ilə birgə dərsdən sonra Mərdəkan Dendroloji Parkında olublar. Şagirdlər parkı bələdçi ilə birgə gəzərək 420 növə yaxın ağac və kol bitkiləri, 100 dən çox növ və sortda efir yağlı, texniki dərman bitkiləri, 100 növ və formadan çox oranjeriya bitkiləri, 50 növə qədər respublika florasını təmsil edən cır halda bitən bitki nümunələri toplanmış bu böyük botanik bağın gözəlliyinə və zənginliyinə heyran qalıblar. Azərbaycan florası haqqında nəzəri öyrəndikləri bilikləri bu böyük bağla canlı təmasda gördükləri ilə daha dərindən qavraya biliblər. Müəllimləri və orada çalışan mütəxəsis onlara Qırmızı kitaba salınmış bitkiləri göstərib, onlar haqqında geniş məlumat veriblər. Uşaqlar bu səfərdən sonra yaşıl örtüyün əhəmiyyətini daha aydın anlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi