Şagird-ekspertlər qrupunun aprel ayı üçün yekun hesabat toplantısı keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1651235759626bdbaf2403f7.79184996.jpg)
09.04.2022-ci il tarıidə məktəbin 204 nömrəli əmri ilə yaradılmış Şagird-ekspertlər qrupunun hər ayın sonuncu tədris günü keçirilən ənənəvi hesabat toplantısı baş tutub. Bu dəfə görüş daha qızğın müzakirələrlə keçib. Şagirdlərin obyektivliyi, onları narahat edən bütün məsələləri səmimi etiraf etməyi, rəhbərliklə birgə çıxış yolu axtarmaqları artıq məktəblə şagirdlər arasında yaranmış etibardan, güvəndən xəbər verib. Uşaqlar tədris prosesinin effektiv qurulması, şagird davranışı, müəllim-şagird münasibəti, şagird-şagird əməkdaşlığı, valideyn-məktəb münasibətləri, şagirdlərin dərsdən sonrakı asudə vaxtının təşkili, məktəbin daxili intizam qaydaları və digər vacib mövzularda məktəb rəhbərliyi ilə fikir mübadiləsi aparıb. Rəy və təkliflərini rəhbərliyə bildiriblər. Görüşdə iştirak edən məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavinləri Mahirə Rüstəmova, Nigar Süleymanova və məktəbin psoxoloqu Sevinc Abdullayeva şagirdlərə müəyyən problemli vəziyyətlər üçün tövsiyə və məsləhərlərini veriblər. Toplantı çox məhsuldar keçib.