"Valideynin məktəbdə bir günü" adlı tədbir keçirilib

Ailə-məktəb münasibətlərinin səmərəli təşkili məqsədi ilə BŞTİ-nin 18.04.2022-ci il tarixli F-145 nömrəli əmri ilə təsdiq edilmiş "Ailəm və məktəbim" layihəsinin icrası istiqamətində 29.04.2022-ci il tarixində 96 nömrəli məktəbdə "Valideynin məktəbdə bir günü" adlı tədbir keçirilib. Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin edilməsi, məktəbdə görülən işlər, həyata keçirilən layihələr barədə məlumatlandırılması, tədris prosesinin təşkili, infrastrukturla tanış edilməsi, pedaqoji və texniki heyətlə ünsiyyətdə olması məqsədi ilə tərtib edilmiş bu tədbir saat 09.00-dan başlayıb. V-XI siniflər üzrə hər sinifdən 5-6 nəfər olmaqla məktəbə dəvət almış valideynlər öncə dərslərdə əyləşib, tədris prosesinin gedişini izləyiblər. Daha sonra direktor müavinlərinin və müəllimlərin müşayəti ilə məktəbin kitabxanasında, idman zalında, bufetində, müəllimlər otağında, informatika kabinetlərində olub, maddi baza və resurslarla tanış olublar. İnfrastrukturla tanış olan valideynlər sonra məktəbin akt zalına keçiblər. Burada məktəb rəhbərliyinin, müəllimlərin və valideynlərin iştirakı ilə tədbir başlayıb.Öncə valideynlərə məktəbin 2021-2022-ci tədris ilində həyata keçirdiyi layihələri, tədbirləri, işləri özündə ehtiva edən video rolik təqdim olunub. Təqdimatdan sonra istedadlı şagirdlərin ifasında mahnilar, rəqslər, şeirlər səslənib, müxtəlif bədii əsərlərdən hissəciklər nümayiş etdirilib. Bədii hissə bitdikdən sonra məktəbin direktoru Mehriban Hacıyevanın valideynlər qarşısında hesabat xarakterli çıxışı olub. O məktəbin cari ildəki uğurlarından, uşaqların akademik nailiyyətlərindən və eləcə də həm tədris, həm də texniki sahədə mövcud problemlərdən danışıb. Tədbirdə çıxış edən təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova bu gün valideynlər tərəfindən dinlənilmiş dərslərin onlarla birgə interaktiv müzakirəsini aparıb. Sonda tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova sözü valideynlərə verib, onların məktəbdə keçirdikləri bir gün ərzində yaranmış təəssüratlarını öyrənib. Çıxış edən valideynlər görülən işlər, yaradılan şərait üçün müəllimlərə və rəhbərliyə öz təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi