Analarla qızların voleybol, atalarla oğulların futbol yarışı keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1651232906626bd08ad19e32.97835687.jpg)
BŞTİ-nin 18.04.2022-ci il tarixli F-145 nömrəli əmri ilə təsdiq edilmiş "Ailəm və məktəbim" layihəsinin icrası istiqamətində atılmış daha bir addım 29.04.2022-ci il tarixdə 96 nömrəli məktəbdə valideyn və şagirdlərin birgə fəaliyyətə cəlb olunması məqsədi ilə keçirilmiş analarla qızların voleybol, atalarla oğulların mini futbol yarışı olub. Yarış məktəbin idman zalında baş tutub. Komandalar 6,7,8-ci sinif şagirdləri və onların valideynlərindən könüllülük prinsipi ilə seçilərək təşkil edilib. Öncə voleybol yarışı, daha sonra isə futbol yarışı keçirilib. Hər iki oyun şagirdlər, valideynlər və müəllimlər tərəfindən izlənilib. Maraqlı nüans odur ki, hər iki yarışda da şagirdlər qalib gəlib. Mübarizə qızğın şəraitdə gedib. Sonda qalib komandaya kubok və medallar təqdim edilib. Məktəb rəhbərliyi ilə xatirə şəkilləri çəkilib.