"Zəfər tarixi" adlı konfrans keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Zəfər tarixi" konfransının keçirilməsi ilə bağlı 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə 28.04.2022-ci il tarixində 96 nömrəli məktəbdə "Zəfər tarixi" konfransı keçirilib. Əmrdə nəzərdə tutulduğu kimi konfrans iki hissədən ibarət olub. Birinci hissədə interaktiv dərslər təqdim edilib. 9"A" sinfində məktəbin tarix müəllimi Gülağa Şıxaliyev, 9"C" sinfində Şeyda Hüseynova və 9"B" sinfində isə Nəzakət Əzizzadənin təqdimatında məktəb rəhbərliyi və müəllimlər tərəfindən dinlənilən Zəfər tarixi dərslərində Azərbaycanın şanlı qələbəsinə uzanmış tarixi zəfər yoluna nəzər salınıb, rəngarəng şagird təqdimatları əsasında vətənpərvərlik ruhunun tərbiyəsinə xidmət edən məhsuldar mühit bərqərar olub. Dərslər bitdikdən sonra müəllimlərlə qısa müddətli müzakirələr aparılıb, dərslərin müsbət və mənfi cəhətləri analiz edilərək müəllimlərə bəzi metodik tövsiyələr verilib. Daha sonra IX sinif şagirdləri, məktəbin tarix müəllimləri və məktəb rəhbərliyinin iştirakı ilə məktəbin akt zalında interaktiv dərslərin davamı kimi "Zəfər tarixi" konfransı keçirilib. Konfransda eyni adlı fənnin tədrisi istiqamətində, şagirdlərdə vətən sevgisinin, azadlıq, vahidlik, Azərbaycançılıq məfkurəsinin formalaşdırılması zəminində görülmüş işlərdən, atılmış addımlardan və davamlılığı təmin etmək üçün planlaşdırılan hədəflərdən danışılıb. Müəllimlərin mövzu ətrafında müzakirələri dinlənilib, təklifləri hazırlanıb.Konfrans işgüzar şəraitdə işini başa çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi