Daha bir kimya dərsi dinlənilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1651144056626a7578bf96a8.11589211.jpg)
28.04.2022-ci il tarixdə təbiət fənləri aylığı çərçivəsində daha bir kimya dərsi dinlənilib. Məktəbimizin gənc kimya müəllimi Şəbnəm Rəhimova 8"C" sinfində "Əsasların, turşuların və duzların dissosiasiyası" mövzusunda maraqlı bir dərs təqdim edib. Dərsdə müasir dərsin prinsipləri gözlənilməklə fəal dərsin əyanilik, inteqrativlik kimi tələbləri ödənilib. İKT məqsədə müvafiq şəkildə dərsə tətbiq olunub. Şagirdlər təcrübələrin aparılmasında və yeni biliyin əldə edilməsində fəal iştirak ediblər.