"Yaşıl sinif" müsabiqəsi keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/165105953562692b4f578946.64341937.jpg)
BŞTİ-nin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə təsdiqlənmiş "Təbiəti qoruyanlar" adlı layihənin icrasını təmin etmək məqsədi ilə atılan növbəti addım 27.04.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə təşkil edilmiş "Yaşıl sinif" müsabiqəsi olub. Təxminən 1 həftə bundan öncə verilmiş təlimata əsasən sinif otaqları yaşıl dibçəklərlə, güllərlə, ekoloji maarifləndirməni həyata keçirən plakatlarla, əl işləri ilə bəzədilib. Müsabiqənin yekunu kimi bu gün məktəbin direktoru və müavinləri siniflərdə olub və müsabiqənin təşkili istiqamətində monitorinq aparıb. Keçirilmiş monitorinqə əsasən bəzi siniflər öz təmizliyi, bitkilərlə zənginliyi və müsabiqədə fəal iştirakına görə fərqləndirilib. Fərqləndirilmiş siniflər arasında 3"A", 3"B", 2"A", 2"B", 4"A", 8"B", 4"B", 5"B", 7"B", 9"C" siniflərinin adları və məktəbin kitabxanası qeyd edilib. Həmin siniflərin sinif rəhbərlərinin siniflə əməkdaşlığı və fəal sinif rəhbəri mövqeyinə görə müsbət işi vurğulanıb.