"Təbiətdən incəsənətə" adlı sərgi keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16510582366269263c5a8ae6.38506601.jpg)
BŞTİ-nin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə təsdiqlənmiş "Təbiəti qoruyanlar" adlı layihənin icrası istiqamətində 96 nömrəli tam orta məktəbdə daha bir tədbir həyata keçirilib. Şagirdlərin rəsmlərindən və əl işlərindən ibarət "Təbiətdən incəsənətə" adlı sərgi təşkil edilib. Sərgidə uşaqların tullantılardan və bitki qalıqlarından hazırladıqları müxtəlif fiqurlar, əşyalar və məmulatlar, eləcə də təbiətin gözəlliyini, təbii zonaları və qlobal ekoloji problemləri əks etdirən sulu boya və akvarellə çəkilmiş maraqlı rəsmlər sərgilənib. Sərgi məktəbin şagird kontingenti və müəllim heyəti tərəfindən böyük maraqla qarşılanıb. Sərginin ərsəyə gəlməsində, şagirdlərdə incəsənət zövqünün və bacarıqlarının formalaşdırılmasında göstərdikləri peşəkarlığa görə məktəbin texnologiya və təsviri incəsənət müəllimlərinə rəhbərlik tərəfindən təşəkkür elan edilib.