Əyaniliyin təmin olunduğu və həyatla əlaqələndirilmiş maraqlı bir fizika dərsi dinlənilib
27.04.2022-ci il tarixdə 96 nömrəli məktəbin 7"A" sinfində olduqca maraqlı fizika dərsi dinlənilib. Dərsi təqdim edən məktəbin fizika müəllimi Sevda Əsgərli olub. Sevda müəllim bütün peşəkarlığını işə salaraq "Cismin tarazlığı" mövzusunu nəinki şagirdlərin, hətta dərsi dinləyən məktəb rəhbərliyi və fənn müəllimlərinin də yaddaşına əbədi həkk edib. Dərsdə əyanilik zəngin təcrübələr və resurslarla təmin edilib. Mövzu nümunələrlə əsaslandırılaraq həyatla əlaqələndirilib və başqa fənlərə inteqrasiya edilib. Dərs uğurlu və məhsuldar hesab edilib.