Məktəbimizin Türkiyə məktəbləri ilə birgə həyata keçirdiyi "Gelenegimdə oyun var" layihəsi davam edir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16509729546267d91a2a9ad0.86201874.jpg)
Qardaş Türkiyə dövlətində fəaliyyət göstərən bir neçə məktəbin, Azərbaycandan isə yalnız 31 və 96 nömrəli məktəblərin iştirak etdiyi "Gelenegimdə oyun var" layihəsi davam edir. Məktəbimizin 3"A" və 2"B" siniflərinin qoşulduğu bu eTwinning plus layihəsinin mahiyyəti ibtidai təhsil səviyyəsində şagirdlərin oyunlar oynayaraq ünsiyyət qurması, həmyaşıdları ilə əməkdaşlıq etməsi və oynayaraq əyləncəli öyrənməsidir. Layihənin aprelin sonunda bitməsi planlaşdırılıb.