"Təbiət bizim evimizdir" adlı dəyirmi masa keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16509697086267cc6c799828.18094486.jpg)
BŞTİ-nin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə təsdiq edilmiş "Təbiəti qoruyanlar" adlı layihənin icrası istiqamətində 26.04.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbdə 7"A" və 7"B" sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məktəbin coğrafiya, biologiya müəllimlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Müzakirələrdə əsas mövzu son illər texnologiyanın və sənayenin inkişafı ilə əlaqədar artan ekoloji problemlər və təbiətə dəyən zərərlər olub. Şüarları "Təbiətə qalib gəlsək, məğlub olarıq" sloqanı olan uşaqlar mövzuya uyğun maraqlı və rəngarəng təqdimatlar ediblər.