Bakı Zooloji Parkına ekskursiya təşkil edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə təsdiq edilmış "Təbiəti qoruyanlar" adlı layihənin icrası istiqamətində tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq 23.04.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin 6"A" və 7"C" sinif şagirdləri təlim-tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova və biologiya müəllimi Afaq Əhmədova ilə birgə Bakı Zooloji parkına ekskursiya təşkil ediblər. Ekskursiyanın məqsədi şagirdləri vəhşi heyvanların müxtəlif növü ilə əyanı tanış etmək və onlara heyvanat aləmi haqqında əhatəli məlumat vermək olub. Şagirdlər ekskursiyada böyük həvəslə iştirak ediblər və orada olarkən heyvanlar haqqında bildiklərini bir-biri ilə bölüşüblər.