Layihəmizin ikinci həftəsi də uğurla tamamlanıb.

18.04.2022-ci il tarixindən 22.04 2022-ci il tarixləri arasında məktəbimizdə həyata keçirilən "Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" layihəsinin fəaliyyətinin ikinci həftəsi də başa çatıb. Bu həftə ərzində də könüllü valideynlər uşaqların tənəffüs vaxtına və dərsdənkənar fəaliyyətlərinə öz bacarıqları və həvəsləri ilə rəng qata biliblər. Uşaqlarla oynanılan müxtəlif oyunlar, onlar üçün oxunulan hekayələr, nağıllar şagirdlərin zehni dincəlməyinə və növbəti dərs üçün motivasiya əldə etməklərinə zəmin yaradıb. Dərsdən sonra müxtəlif ekskursiyaların təşkil edilməyində, şagirdlərin məktəb tədbirlərinə hazırlanmalarında da valideynlərin fəal rolu olub. Layihənin ötən həftə ərzindəki fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi