22 aprel-Beynəlxalq Yer Kürəsi Günü qeyd edilib

Təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təmin edilməsi məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə təsdiq edilmış "Təbiəti qoruyanlar"adlı layihənin icrası istiqamətində tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq 22.04.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə "22 aprel Beynəlxalq Yer Kürəsi Günüdür" adlı debat keçirilib. Debatda məktəbin direktoru Mehriban Hacıyeva, tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova, coğrafiya müəllimləri Şəlalə Səmədova, Aytən Əlverdiyeva və məktəbin VII sinif şagirdləri iştirak ediblər. Şagirdlər tərəfindən Yer Kürəsi, burada baş verən proseslər və qlobal ekoloji problemlər haqqında təqdimatlar təqdim edilib. Müəllimlər şagirdlərlə interaktiv şəkildə canlı və cansız təbiətin qorunması mövzusunda diskussiyalar aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi