Biologiya aylığı çərçivəsində açıq dərs

Məktəbimizdə biologiya aylığı davam edir. Bu aylıq çərçivəsində elan edilmiş "Ekologiya həftəsi"ndən sonra açıq dərslərin dinlənilməsi başlayıb. 21.04.2022-ci il tarixində məktəbin biologiya müəllimi Afaq Əhmədovanın 7 "C" sinfində təqdim etdiyi dərs nümunəsi də bu silsilədən olub. Dərsin mövzusu "Sürünənlər sinfi" olub. Dərs interaktiv və resursla zəngin şəkildə təşkil edilib. Dərs məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən dinlənilib.