Açıq havada "Ətraf mühiti"qoruyaq adlı interaktiv seminar təşkil edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə həyata keçirilən və İdarənin 18.04.2022-ci il tarixli F138 nömrəli əmri ilə təsdiq edilmiş "Təbiəti Qoruyanlar" adlı layihənin Fəaliyyət Planının icrası istiqamətində 20.04.2022-ci il tarixində 96 nömrəli məktəbin 8"C" və 8"D" sinif şagirdləri biologiya müəllimləri Aynur Sadıqova ilə birgə dərsdən sonra Nərəbalığı parkına ekskursiya təşkil ediblər. Parkda təbiət qoynunda reallaşdırılan "Ətraf mühitimizi qoruyaq" adlı interaktiv seminarda Aynur müəllim şagirdlərə parklarda, dekorativ bağlarda ətraf mühitə, ağaclara, güllərə zərar vurmadan, ərazini çirkləndirmədən istirahət etmək, əylənmək və vaxt keçirməyin etik qaydalarını izah edib, onları təbiətin çirklənməsinin sağlamlığımıza və həyatımıza vura biləcəyi zərərlər barədə maarifləndirib. Şagirdlər açıq havada, təbiət qoynunda bu qaydalara əməl edərək piknik keçirib, birgə istirahət ediblər.