Şagirdimiz həvəsləndirici yerə layiq görülüb
18 aprel 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı tərəfindən 47 ümumtəhsil məktəblərinin şagirdləri arasında "Heydər Əliyev və qalib Azərbaycan" adlı inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə məktəbimizin 10"C" sinif şagirdi Aysel Məmmədova iştirak edib. İki prinsip üzərindən (qrammatika-30 bal, məzmun-70 bal) aparılan yoxlamadan sonra 6 şagird: 3 nəfər-I, II, III yer; 3 nəfər-həvəsləndirici yer üzrə qalib olub. Şagirdimiz Aysel Məmmədova 81 balla həvəsləndirici yerə layiq görülüb. Şagirdimizi və onun ana dili müəllimi Aygün Qəhrəmanovanı məktəb rəhbərliyi adından təbrik edir, davamlı uğurlar arzu edirik.