Layihənin ilk həftəsi geridə qalıb

11.04.2022-ci il tarixindən 15.04 2022-ci il tarixləri arasında məktəbimizdə reaallaşan "Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" layihəsinin fəaliyyətinin ilk həftəsi yekunlaşıb. Bu ilk həftə hər mənada layihənin gələcək davamlılığı və məhsuldarlığı üçün proqnoz vermək baxımından çox əhəmiyyətli olub. Həftə ərzində könüllü valideynlərin işə böyük məsuliyyətlə yanaşmaları, müəllimlərin onların fəaliyyətinə dəstək və istiqamət vermələri, şagirdlərin yeni mühitdən böyük məmnuniyyət duymaları bu layihənin gələcəyi barədə müsbət düşünməyə imkan verib. Könüllü valideynlər uşaqların tənəffüs vaxtlarının səmərəli təşkil olunmasında, sinfin texniki işlərinə dərs prosesi zamanı vaxtın israf olunmamasında, şagirdlər arasında ünsiyyətin, əməkdaşlığın artmasında, şagirdlərin beyin yorğunluğundan xilas olmaları üçün onlarla maraqlı və əyləncəli oyunların təşkil edilməsində fəal rol oynayıb. Məktəb rəhbərliyinə ünvanlanmış təşəkkür məktublarında və valideyn müraciətlərində bu layihənin eyni zamanda sinif otaqlarında tədrisin daha keyfiyyətli qurulmasına da müsbət təsir etdiyi xüsusi ilə vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi