Ekologiya həftəsi başa çatıb
15.04.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə elan edilmiş Ekologiya həftəsi çərçivəsində son canlı dərslər keçirilib. 7"C" sinfi müəllimləri Nigar Süleymanova ilə birlikdə həyat bilgisi dərsi ərzində quş yuvaları düzəldib, məktəbin həyətyanı sahəsindəki hündür ağaclardan asıblar. 6"A" və 8"A" sinifləri isə müəllimləri Afaq Əhmədovanın açıq havada onlara tədris etdiyi biologiya dərsində kiçik bağçalar yaradıb, ora müxtəlif rəngli tarla çiçəkləri əkiblər. Müəllimlərin söylədiklərinə əsaslansaq, biologiya, coğrafiya və həyat bilgisi dərsləri şagirdlərin bu həftə ən həvəslə iştirak etdiyi dərslər olub.