Ekologiya həftəsi davam edir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16499978286258f80494ba30.00734745.jpg)
96 nömrəli tam orta məktəbdə Ekologiya həftəsi davam edir.14.04.2022-ci il tarixində məktəbin 9"C" sinfi və 6"B" sinfi həyətyanı sahədə öz coğrafiya müəllimləri Aytən Əlverdiyeva və biologiya müəllimləri Afaq Əhmədova ilə birlikdə agac və gül kolları basdırıb, alaq işləri aparıb, torpağı yumşaldıb, ağaclara su veriblər. Uşaqlar açıq havada tədris olunan bu coğrafiya və biologiya dərslərində əyani olaraq torpaq və onun növləri, eləcə də bitkinin gövdə və kök sistemi ilə tanış olublar. Əyanilik tədrisin keyfiyyətini artıran və biliyin davamlılığını təmin edən əsas amildir. Bu prinsipə xidmət edən bu dərslər şagirdlər üçün maraqlı və dəyişik bir atmosfer yaradıb.