Şagirdlərimiz Bilgəhdə yerləşən Müharibə və əmək əlilləri üçün yaradılmış pansionatı ziyarət ediblər

14.04.2022-ci il tarixində Şuşa ili çərçivəsində 96 nömrəli məktəbin 10-cu sinif şagirdləri məktəbin direktoru Mehriban Hacıyeva, direkror müavini Nigar Süleymanova, sinif rəhbərləri Aygün Qəhrəmanova, Şeyda Hüseynova və Samirə Kərimova ilə birlikdə Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlillərinin yaşadığı pansionatı ziyarət ediblər. Ziyarətin məqsədi oradakı yaşlılarımızla vaxt keçirmək, onların sakit həyatını bir qədər rəngləndirmək, ortama gənclərin gənclik enerjisini, şən əhvalını qatmaq olub. Eyni zamanda məktəb rəhbərliyi yuxarı sinif şagirdlərinin oradakı yaşlı insanların həyat hekayəsini dinləyib özləri üçün bir dəyər, bir ibrət qazanmalarını istəyib. Onların ailəsinə, kökünə bağlı böyüməsi, böyüklərinə qarşı hörmətli, diqqətli olması üçün bu görüşün əhəmiyyətli addım olacağını düşünüb.

Pansionatın rəhbəri Samirə xanım qonaqları gülərüzlə qarşılayıb. Şagirdlər sakinlərin onları gözlədiyi böyük zala keçiblər. Gətirdikləri kiçik hədiyyələri: şahmat, nərd, domino, loto qutularını, bayraqları ahıllara hədiyyə edən şagirdlər ağsaqqalların, ağbirçəklərin əllərindən öpüb, onlarla şirin söhbət edib, birlikdə mahnı oxuyub, rəqs ediblər. Uşaqlar yaşlılara kitab oxuyub, onlar üçün şeirlər söyləyiblər. Şagirdlərdən bəziləri pianoda, qarmonda ifa edərək onları əyləndiriblər. Oradakı böyüklərin nəsihətini, xatirələrini dinləyiblər.Görüş maraqlı keçib. Şagirdlər oradan həzin bir təəssüratla ayrılıblar .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi