Coğrafiya dərsində üzvi gübrələr hazırlanıb, həyətyanı sahədə basdırılıb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16499103906257a276f01b36.86295344.jpg)
13.04.2022-ci il tarixində "Ekologiya həftəsi"çərçivəsində 96 nömrəli məktəbin həyətyanı sahəsində maraqlı bir dərs keçirilib. 7"A" sinfinin təqdimatında "Torpaqların mühafizəsi"" mövzusuna həsr edilmiş bu coğrafiya dərsində şagirdlər ilkin olaraq torpağı və yeraltı suları çirkləndirən amillərdən biri olan kimyəvi gübrələr haqqında maraqlı təqdimat ediblər. Bu gübrələrlə yetişən meyvə və tərəvəzlərin insan sağlamlığına mənfi təsiri haqqında danışıblar. Daha sonra bu problemi həll etmək üçün olduqca asan hazırlanan alternativ üzvi gübrələrdən ( KOMPOST-dan) istifadə etməyi təklif ediblər. Təqdimat bitdikdə şagirdlərin evdə 2 gün ərzində tullantı edilmiş meyvə, tərəvəz və göyərti qalıqlarından müəllimləri Şəlalə Səmədovanın onlara öyrətdiyi qaydada hazırladıqları üzvi gübrə məktəb həyətində basdırılıb. Təxminən 1 ay sonra çürüyərək torpağa qarışacaq bu tullantıların necə təbii gübrəyə çevrilib, torpağa fayda verəcəyi barədə danışan Şəlalə müəllim sonra bu gübrənin məktəbdəki dibçək güllərinin və ağacların dibinə də veriləcəyini əlavə edib. Beləliklə bizim yararsız hesab edərək təbiətə tullantı kimi atdığımız bu qalıqlar olduqca yararlı və zərərsiz təkrar emal məhsuluna çevrilib.