RFM və Lütfi Zadə məntiq olimpiadasının final mərhələsinə vəsiqə qazanan şagirdlərlə görüş keçirilib
12.04.2022-ci il tarixində məktəbin direktoru Mehriban Hacıyeva RFM və Lütfi Zadə məntiq olimpiadasının final mərhələsinə vəsiqə qazanan 19 nəfər istedadlı şagirdimizlə və onlara əmək vermiş müəllimlərlə görüşüb. Görüşdə Mehriban Hacıyeva məktəbin riyaziyyat müəllimləri Nəsibə Məmmədova, Gülnarə Mahmudova və Fatimə Hacıyevaya, fizika müəllimləri Sevda Əsgərli və Nəsibə Əsgərovaya öz təşəkkürünü bildirib, bu uğurlarda onların böyük payının olduğunu xüsusi ilə vurğulayıb. Şagirdlərimizə final mərhələsi üçün bəzi tövsiyələr verən Mehriban müəllim, onlara növbəti mərhələdə bol-bol enerji və uğurlar arzu edib.