Ekologiya həftəsi çərçivəsində canlı dərslərə start verilib

11.04.2022-ci il tarixindən 16.04.2022-ci il tarixinədək 96 nömrəli tam orta məktəbdə Ekologiya həftəsi elan edilib. Baharın gəlişi, təbiətin oyanması ilə həm şagirdlərin artan enerjisini düzgün xərcləmək, həm məktəbiin həyatyanı sahəsini canlandırmaq, həm də tədris proqramındakı mövzuları təbiətə canlı inteqrasiya etmək məqsədi ilə bu həftə biologiya, coğrafiya və həyat bilgisi fənləri üzrə uyğun mövzuların açıq havada tədris olunmasına qərar verilib. İlk təşəbbüslər 5"B", 9"B", 8"C" və 9"A" sinifləri tərəfindən göstərilib. Müəllimləri Nəsibə Əsgərova və Aynur Sadıqovanın nəzarəti ilə şagirdlər həyətyanı sahədə alaq işləri aparıb, ağacların dibini belləyib, ağac və gül kolları basdırıb, sinif guşələri yaradıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi