"Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" layihəsində ilk gün
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16496664476253e98f118d32.26461731.jpg)
11.04.2022-ci il tarixində məktəbimizdə bir ilk kimi həyata keçirilən "Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" layihəsinin birinci fəaliyyət günü olub. Layihənin iştirakçısı olan könüllü valideynlər başlangıcın verdiyi həyacanı yaşasalar da, sinif otaqlarındakı mənzərə xoş olub. Onlar doğma, səmimi bir mühitdə müəllimlə birgə şagirdlərlə müxtəlif aktivitələr həyata keçirib, tənəffüs vaxtını səmərəli təşkil etmək üçün onlara kitab oxuyub, birgə əyləncəli oyunlar oynayıblar.