"Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" layihəsi çərçivəsində iştirakçı valideynlərə iki günlük təlim keçirilib

96 nömrəli məktəbdə növbəti həftədən tətbiqinə başlanılması nəzərdə tutulan " Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" layihəsi çərçivəsində könüllü valideynlər sırasından doldurulmuş sorğu vərəqləri əsasında seçilmiş 60 valideynin cəlb olunduğu iki günlük təlimlər keçirilib. 07.04.2022 və 08.04.2022-ci il tarixlərində saat 10.00-dan 15.00-dək davam edən iki günlük təlim paketinin ilk günündə 4 mövzu ətrafında təlimlər aparılıb:

1.Müəssisədaxili intizam qaydaları ilə tanışlıq. Davranış və geyim kodeksləri- Təlimçi tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova

2. Təhsil dəyərləri, uşaqlarla sağlam psixoloji mühitin qurulması- Təlimçi məktəbin psixoloqu Sevinc Abdullayeva

3. Sadə İKT bacarıqlarının aşılanması və sinif otaqlarında istifadə olunan texnoloji avadanlıqların iş mexanizmi ilə tanışlıq- Təlimçilər məktəbin informatika müəllimləri Mətanət Zalıyeva və Şəfiqə Salmanova

4. Məktəb infrastrukturu və texniki bazası ilə tanışlıq- Təlimçi təsərrüfat işləri üzrə direktor müavini Ağakişiyeva Aşafatma

08 04.2022-ci il tarixində keçirilən görüşlərdə isə aşağıdakı mövzular ətrafında söhbətlər aparılıb:

1. Məktəb rəhbərliyi, pedaqoji heyət və texniki heyət ilə kommunikasiya forması-Təlimçi məktəbin direktoru Mehriban Hacıyeva

2. Sosial şəbəkələrdə məktəbə dair informasiya mübadiləsi və ünsiyyət mədəniyyəti-Təlimçi məktəbin direktoru Mehriban Hacıyeva

3. Xüsusi və müstəsna vəziyyətlərdə ilk müdaxilə və yardım bacarıqları- Təlimçilər məktəbin psixoloqu Sevinc Abdullayeva, məktəbin həkimi Vüsalə Məmmədova və tibb bacısı Aidə Məmmədova

4. Layihədə iştirak edəcək könüllülərin hüquq və vəzifələri, iş qrafiki, layihə boyunca fəaliyyətin tənzimlənməsi- Təlimçi təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova

Təlimlər maraqlı və interaktiv şəraitdə aparılıb. Valideynlər bu təlimlərdə böyük həvəslə iştirak ediblər. Hər bir detal haqqında ətraflı təlimatlandırılıblar. Növbəti həftədən könüllü valideynərin layihə icrasını başlamaq üçün siniflərə təhkim edilməsi planlaşdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi