IX siniflərdə riyaziyyat fənni üzrə monitorinq keçirilib.
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1649407183624ff4cf033d98.26203363.jpg)
08.04.2022-ci il tarixində məktəbin 3 sinif paralelində təhsil alan 86 nəfər IX sinif şagirdi üçün riyaziyyat fənni üzrə monitorinq keçirilib. BŞTİ-nin IX siniflər üzrə apardığı son monitorinqin nəticələrinin təhlili bizə məktəb üzrə riyaziyyat fənninin keyfiyyət faizinin digər fənlərə nisbətən aşağı olduğunu görmək imkanı verib. Tədris metodikasında bu statistikanın müəyyənləşməsindən sonra aparılmış bəzi dəyişikliklərin və şagirdlərə riyaziyyat fənni üzrə keçirilmiş əlavə məşğələ saatlarının verdiyi məhsuldarlığı ölçmək üçün bu dəfə IX siniflərdə yalnız riyaziyyat fənni üzrə monitorinq aparılıb. Monitorinqin gedişinə nəzarətçi müəllimlərdən əlavə məktəbin direktoru Mehriban Hacıyeva və direktor müavini Mahirə Rüstəmova nəzarət edib.