"Məktəb həyatına rəng qataq” adlı şagirdlər və onların valideynləri üçün ideya müsabiqəsinə start verilib.

96 nömrəli tam orta məktəbin rəhbərliyi məktəbin VIII. IX və X sinif şagirdləri üçün ideya müsabiqəsi elan edib. Müsabiqənin məqsədi məktəbdə şagird, valideyn təxəyyülündəki stimullaşdırıcı mühitin qurulması, şagirdlərin və onların valideynlərinin məktəbə, tədrisə, ictimai işlərə marağının artırılması, şagirdlərdə yaradıcılıq, tətqiqatçılıq, novotorluq bacarıqlarının formalaşdırılması olub. Layihə “Məktəb həyatına rəng qataq” adlanır. Bu ideya müsabiqəsində şagirdlər fərdi və ya qrup şəklində öz valideynləri ilə birgə iştirak edib,​ məktəb həyatını daha maraqlı edəcək, onu rəngləndirəcək, şagirdlərin məktəbdəki rolunu daha da fəallaşdıracaq, məktəbi onlar üçün arzuedilən, canatılan bir mühitə çevirəcək ideyalarını hazırlayıb ​ münsiflərə ​ təqdim edəcəklər. Hər şagird fərdi və ya qrup şəklində yalnız bir layihə təqdim edə bilər. Şagirdlər layihəni işləyərkən valideynlərindən dəstək alacaqlar. Onlar valideynləri ilə öz fikirlərini müzakirə edib, onların tövsiyələrinə uyğun dəyişikliklər edə biləcəklər. Layihənin ərsəyə gəlməsində valideynləri ilə olan əməkdaşlıq şagird​ işinin məhsuldarlığına​ töhfə verəcək. Qrup formasında müsabiqəyə qatılan layihələrdə qrup üzvülərinin sayı maksimum 5 nəfər (şagird) ​ ola bilər. Müsabiqəyə təqdim olunan layihələr təqdimat formatında olmalıdır. Şagirdlər bu təqdimatı​ hazırlamaq üçün​ Microsoft Power Point, Google Təqdimatları, Libreoffice impress, Prezi və Slaydlar kimi proqramlardan, onlayn təqdimatlardan istifadə edə bilərlər. Layihənin təqdimatı aşağıdakıları özündə ehtiva etməlidir:

1.Şagirdin ​ adı, soyadı, ata adı, ​ sinfi və sinfinin indeksi ( müsabiqəyə fərdi şəkildə qatılanlar üçün):

​ 2. Komandanın adı ( müsabiqəyə qrup şəklində qatılanlar üçün):

​ ​ ​ ​ ​ Komanda üzvlərinin sayı:

​ ​ ​ ​ ​ Komanda üzvlərinin adı, soyadı, ata adı, sinfi və sinfin indeksi :

Layihənin adı:

Layihənin mövzusu:

Layihənin məqsədi:

Layihənin məzmunu (qısa, kifayət qədər dolğun və lakonik (10-12cümlə ilə) şəkildə layihənin məzmununu, addımların ardıcıllığını, görüləcək işləritəsvir etmək):

Layihədən gözlənilən nəticə:

Layihənin icra müddəti:

Layihənin müsbət və mənfi cəhətləri:

Müsabiqə üçün layihələr 15.04.2022-ci il tarixindən 30.04.2022-ci il tarixinə qədər qəbul ediləcək. Layihələr şagirdlər tərəfindən məktəbin poçt ünvanına-​ [email protected] ünvanına göndərəcək. Ən yaxşı 10 layihə növbəti mərhələyə ​ keçəcək. Bu mərhələdə isə ekspertlər 3 layihəni qalib layihə (I, II, III yerlər nominasiyası üzrə) elan edəcəklər. Qaliblər 05.05.2022-ci il tarixindən gec olmayaraq məktəb ictimaiyyətinə təqdim ediləcək. Layihənin qaliblərinin təqdimat mərasiminə tanınmış şəxslər. media nümayəndələri və valideynlər​ dəvət olunacaq. Qalib layihələrin icrasına növbəti tədris ilindən başlanılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi