VI və VII siniflərdə monitorinq keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1649237735624d5ee7b6dfa4.63760298.jpg)
06.04.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbin VI və VII siniflərində monitorinq keçirilib. V siniflərdə olduğu kimi bu monitorinq də açıq suallar əsasında aparılıb. Monitorinqlərin bu dəfə yalnız açıq sualların əsasında təşkil edilməsinin məqsədi hər üç fənn üzrə-ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə şagirdlərin mühakimə, analiz və təhlil bacarıqlarının ortaya çıxarılması və obyektiv qiymətləndirilməsi, nəticələrin təhlilindən sonra tədris metodikasında müvafiq dəyişikliklər edilməsi olub. Şagirdlər təsadüfi seçmə üsulu ilə qruplaşdırılıb, nəzarətçilər qeyri fənn müəllimləri arasından seçilib. Monitorinqin gedişinə məktəb rəhbərliyi nəzarət edib.