Üçüncülərimiz "Gelenegimde oyun var" proyektində
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1649132217624bc2b90fa838.68821364.jpg)
Qardaş Türkiyənin bir neçə məktəbinin və Azərbaycanda yerləşən Bakı şəhəri 31 nömrəli və 96 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinin iştirak etdiyi bu proyekt eTwinning plus layihəsi çərçivəsində həyata keçirilib. Proyektdə şagirdlər fiziki tərbiyə dərslərində müxtəlif oyunlar oynayaraq çəkdikləri videoları bir-biri ilə paylaşıblar.4 oyunun yer aldığı bu gözəl proyekt mart ayından başlayıb və aprelin sonunda yekunlaşacaq. 01.04.2022-ci il tarixində məktəbimizin 3"A" sinif şagirləri öz müəllimləri Təranə Nəcəfova ilə birgə çox böyük həvəslə və maraqla "Köşə kapmaca", "Kurt baba" və s.kimi oyunları oynayaraq təcrübələrini qardaş ölkənin məktəblərindəki həmyaşıdları ilə paylaşıblar. Şagirdlərimizə bu əməkdaşlıqda uğurlar diləyirik.